Nigeriyada baş verən yanacaq tankerinin partlayışında ölənlərin sayı 86-ya çatıb

Nigeriyanda baş verən yanacaq tankerinin qəzası ağır nəticələrə səbəb olub.
BAKU.WS Niger Əyaləti Fövqəladə Hallar İdarəsinə istinadən xəbər verir ki, şənbə günü devrilən yanacaq tankerinin partlaması nəticəsində həyatını itirənlərin sayı 86 nəfərə çatıb.
Niger Əyaləti Fövqəladə Hallar İdarəsinin baş direktoru Abdullahi Baba-Ara bildirib ki, həyatını itirən 80 nəfər kütləvi məzarlıqda dəfn olunub, digər cəsədlər isə yaxınlarına təhvil verilib.
Federal Yol Təhlükəsizliyi Təşkilatının (FRSC) Niger əyalətindəki rəsmisi Kumar Tsukuam hadisədən sonra açıqlamasında ölənlərin əksəriyyətinin tanker devrildikdən sonra yerə tökülən yanacağı toplamağa çalışan yoxsul yerli sakinlər olduğunu qeyd edib. Hadisədə 55 nəfər yaralanıb.
Oxşar xəbərlər
Maduro Kolumbiya sərhədi və sahillərə 25 min hərbçi göndərdi
Venesuela Prezidenti Nikolas Maduro Kolumbiya ilə sərhəd bölgələrinə, həmçinin Karib dənizi və Atlantik sahillərinə 25 min hərbçinin yerləşdirilməsinə göstəriş...
