"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu
"BakuBus" şirkəti Bakı şəhərində ictimai nəqliyyatın əsas operatorlarından biridir və yüksək standartlara uyğun avtobus xidmətləri təqdim edir.
BAKU.WS-in məlumatına görə, şirkət sürücülərinə qarşı qoyulan tələblər, onların iş yükü və peşəkar səviyyələri maaşların formalaşmasına birbaşa təsir göstərir.
Bəs "BakuBus"ın sürücüləri arasında ən az və ən çox maaş nə qədərdir? Bu məqsədlə şirkətə müraciət etdik. "BakuBus"ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva BAKU.WS-ə bildirdi ki, sürücülərin əməkhaqları 1200-1500 AZN arasında dəyişir:
"Əmək haqqı sürücünün iş stajına, idarə etdiyi avtobusun ölçülərinə və ümumi fəaliyyət göstəricilərinə görə dəyişir. Bundan əlavə, BakuBus-da uzun muddət çalışan və nümunəvi sürücülər hər ayın sonunda mükafatlandırılır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Sel və yağışların gizli xərci: Kim nə qədər zərər görür?
Bakı və Abşeron ərazisində müşahidə olunan aramsız və intensiv yağıntılar bir sıra sahələrdə ciddi çətinliklər yaradıb. BAKU.WS-in məlumatına görə, yağan güclü...