Nigeriyalı müğənni sevgilisinin kəsilmiş başını daşıyarkən küçədə yaxalanıb
Nigeriyada sevgilisinin kəsilmiş başını çantasında daşıyan musiqiçi həbs edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.
Bildirilib ki, hadisə Nasarava ştatında baş verib. Yerli sakinlər çanta daşıyan şübhəli şəxsi görüb və ona yaxınlaşmağa başlayıblar. Daha sonra hadisə yerinə polis gəlib.
Şübhəlinin müğənni Timilein Ajayi olduğu müəyyən edilib. Kişinin daşıdığı çantada sevgilisinin başı var imiş. Qalan orqanlar isə musiqiçinin evində tapılıb. Ajayi həbs edilib və ittihamlarla bağlı açıqlama verməyib.
Qurbanın ailəsi hökuməti hərtərəfli araşdırma aparmağa çağırıb. Dostunun sözlərinə görə, qızın anası hadisədən sonra şokdan huşunu itirib.
Oxşar xəbərlər
100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda
Alimlərin apardığı araşdırmada qlobal istiləşmə və dəniz səviyyəsinin yüksəlməsi səbəbilə qarşıdakı 100 il ərzində su altında qalma riski ilə üzləşə biləcək 37...