"Yaprak Dökümü"nün aktyorları həmkarlarının yasına gəlmədi
Ötən gün məşhur aktrisa Bedia Ener Öztepin yas mərasimi keçirilib.
BAKU.WS xəbər verir ki, mərasimdə "Yaprak Dökümü" serialının aktyor Halil Ergün də iştirak edib.
Ekran işinin digər aktyorları isə dəfndə iştirak etməyiblər. Halil Ergün yaranmış vəziyyətə etiraz edib.
"O, çox dəyərli bir aktrisa, həm də çox önəmli bir dublyaj sənətçisi idi. Təxminən 40 illik dostum idi. Çox axtaracağıq. Hamımız çox təəssüf edirik. Onun səsi heç vaxt ölməyəcək. Onun səsləndirdiyi filmlər ayrıdır, səsi həmişə bizimlə yaşayacaq. Allah rəhmət eləsin. "Yaprak Dökümü" aktyorlarından burada görmədim. Onların həyata baxışları fərqli ola bilər. Mən onlarla görüşmürəm".
Aktrisa keçirilən yas mərasiminin ardından Hekimbaşı məzarlığında torpağa tapşırılıb.
Qalereya
Oxşar xəbərlər
Yaponiya Suriyaya 53 milyon dollar yardım ayırdı
Yaponiya Suriyaya 53 milyon dollar məbləğində maliyyə dəstəyi göstərəcək. BAKU.WS xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildi...