Bu gecə altı planet eyni zamanda səmada görünəcək

Bu gecə altı planet eyni zamanda səmada görünəcək
Foto
Digər 901

Bu gecə "planetlərin paradı"nı müşahidə etmək üçün ən yaxşı vaxtdır. Belə ki, Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun eyni zamanda görünmə zonasında olacaqlar.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Euronews" xəbər yayıb.

Bildirilir ki, Venera, Mars, Yupiter və Saturnu adi gözlə, Uran və Neptunu isə binokl və ya teleskopla görmək mümkün olacaq. "Planetlərin paradı" 21 yanvardan 25 yanvara qədər davam edəcək.

Venera və Saturn səma qübbəsinin cənub-qərbində, Yupiter cənubda, Mars isə cənub-şərq və ya şərqdə görünür. Bu planetlər digər ulduzlardan daha parlaq olacaq, Mars qırmızımtıl-narıncı nöqtə kimi görünəcək.

Bu gecə altı planet eyni zamanda səmada görünəcək

Yeri gəlmişkən, fevralın sonunda "parad"a Merkuri də qoşulacaq. Beləliklə, Günəş sisteminin bütün planetlərini görmək mümkün olacaq.

Qeyd edək ki, "kiçik parad" səmada dördə qədər planetin bir-birinə yaxın toplaşmasıdır və bu, kifayət qədər geniş yayılmış hadisədir. "Böyük parad" - beşdən artıq planetin bir yerdə görünməsi isə nadir hallarda baş verir.

Oxşar xəbərlər

C vitamini bu şəxslərə xeyirdən çox zərər verir

C vitamini bu şəxslərə xeyirdən çox zərər verir

"Askorbin turşusunu ( vitamin C-nin elmi adı ) yüksək dozada qəbul etmək nə xəstəliyin qarşısını alır, nə də gedişatını yüngülləşdirir" BAKU.WS Milli.Az-a istin...

245 Digər 23:59 13 sentyabr 2025

Son xəbərlər