Xalq artisti 20 Yanvar faciəsindən yazdı: "Həmin gecə nə qədər yaralı gətirirdilər xəstəxanaya!"
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Mələykə Əsədova 20 Yanvar faciəsi günü yaşadıqlarından yazıb.
BAKU.WS xəbər verir ki, aktrisa həmin gün Bakıda 4 saylı xəstəxanada olub. Əsədova dəhşətli qətliamı belə xatırlayıb:
"1990-cı il o gün, 20 yanvar qaranlıq, qara buludlu qanlı yanvar gecəsi! Silah səsləri, insanların fəryadı, göz yaşları indi də qulaqlarımdadı. Bakının üzərini almış qara buludlu gecədə 4 nömrəli xəstəxanada yatırdım, o gecə nə qədər yaralılar gətirirdilər xəstəxanaya!"
Sənətçi həmçinin 20 Yanvar şəhidləri üçün oxuduğu şeiri video formatında sosial şəbəkə izləyiciləri ilə bölüşüb.
Oxşar xəbərlər
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa...