Mətanət İsgəndərli pullarını hara xərclədiyini açıqladı
"Qazandığım pulun 80 faizini sənətə qoymuşam. Mahnını bəstəkar 2, 3, 4 min manata verir. Aranjiman isə 2500, 3000 manata edirlər. Kliplərimə nə qədər pul xərcləmişəm. 10 min klipə pul verdiyim olub. Bəzən bir klipə bir evin pulunu xərcləmişəm".
BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Geriyə baxanda" proqramında deyib. Müğənni qazandığı pulları hara xərclədiyini açıqlayıb.
İsgəndərli bildirib ki, məcburiyyətdən toy məclislərinə gedir:
"İstəyərdim tamam başqa cür olum. Bu cür yox. Elə olub ki, məcburiyyətdən toya getmişəm. Məcbur olmasam bəlkə də az toya gedərəm. Bəzən çox yoruluram, heyim olmur rəfiqəmlə söhbət edim, balalarıma vaxt ayırım. Bu sənət qadın üçün deyil. Toy oxumaq kişi sənətidir. Türkiyədən gələn müğənnilərə həsəd aparıram. Gəlirlər saatla toy danışırlar. Yarım saat oxuyub gedirlər və 100, 200 min dollar alırlar. Onlara desən bir az artıq oxu, əlavə pul istəyir. Biz isə bunu edə bilmirik. Bəzən toy gecə saat 2-yə kimi çəkir, etiraz edə bilmirik.
Deyirlər, niyə konsert vermirsən? Biz toy mövsümündə o qədər işləyirik ki... Axı başqa yerdən gəlir yoxdur. Nə qədər qazanırsan, yenə də çatmır. Qazanc gətirən yox, pul aparan sənətdir. Gərək pul qoyasan. Bir də ailəyə baxıram. Mən haram yeməmişəm. haramdan xeyir gəlməz".
Oxşar xəbərlər
2025-ci ildə 800 min manata ev alıb, 1 milyon manat borca düşən AZƏRBAYCANLI MƏŞHURLAR
Hər il olduğu kimi 2025-ci il də şou-biznes aləmi üçün müsbət və mənfi hadisələrlə yadda qaldı. Bu il mülkünə mülk qatıb 500 min, 800 min, 1 milyon AZN-ə ev ala...