Dünyada bu ölkələrdə Facebook, Instagram və YouTube QADAĞANDIR
Son illər sosial şəbəkələr həyatımıza dərin təsir edib, hər yaş qrupu və sahə üzrə müxtəlif funksiyaları yerinə yetirən mühüm platformalara çevrilib. Facebook, Instagram, TikTok, Twitter və Telegram kimi sosial şəbəkələr, gündəlik həyatın ayrılmaz hissəsinə dönüşərək insan əlaqələrini, iş dünyasını, informasiya axınını və daha çoxunu formalaşdırıb.
BAKU.WS xəbər verir ki, sosial şəbəkələrin ən əsas xüsusiyyətlərindən biri, istifadəçilər arasında sürətli və asan əlaqə qurma imkanı verməsidir. Müxtəlif mədəniyyətlərdən olan insanlar eyni platformada birləşərək fikir mübadiləsi apara bilər, beynəlxalq əlaqələr qurular və qlobal xəbərlər yerli ictimaiyyətlərlə paylaşıla bilər. Bu, sosial təbəqələrin sərhədlərini aşaraq daha geniş bir ünsiyyət sahəsi yaradır.
Sosial şəbəkələr, xəbərlərin və məlumatların sürətlə yayıldığı məkanlar olaraq, cəmiyyətin düşüncə və davranışlarına təsir göstərir. Onlar, ictimai fikrin formalaşmasında əhəmiyyətli rol oynayır, çünki burada fərqli mövzular müzakirə edilir, aktivistlər və təşkilatlar məsələləri gündəmə gətirir. Xüsusilə siyasi, sosial və mədəni məsələlərə dair çağırışlar, kampaniyalar və ictimai müzakirələr, sosial şəbəkələr vasitəsilə geniş bir izləyici kütləsinə çatır.
Lakin bəzi ölkələrdə hökumətlər bu platformaları məhdudlaşdırmaqla ictimai fikri nəzarət altına almaq və ya təhlukəsizlik tələbələrini qorumaq məqsədi güdür. Məhz buna görə bəzi ölkələrdə müəyyən sosial şəbəkələrə giriş məhdudlaşdırılıb və ya tamamilə qadağan edilib.
Siyahıda dünya ən inkişaf etmiş ölkələrdən sayılan Çinə də rast gəlmək mümkündür. Belə ki, bu ölkədə "Böyük Çin Firewall"ı vasitəsilə bir çox xarici sosial şəbəkələrə giriş qadağandır. Bunlara Facebook, Twitter, YouTube və Instagram daxildir. Bunun əvəzinə, ölkədə WeChat, Weibo və QQ kimi yerli platformalar istifadə olunur.
Şimali Koreyada ümumiyyətlə internetə çıxış yoxdur və sadə vətəndaşlar üçün sosial şəbəkələrdən istifadə imkansızdır. Ölkədə yalnız daxili məlumat mübadiləsi üçün məhdud bir şəbəkə mövcuddur.
Rəsmi olmayan, lakin müxtəlif saytlarda yayılan məlumatlar əsasında sosial platformaların qadağan edildiyi ölkələrlə bağlı siyahını təqdim edirik:
Orxan Hüseyn
Oxşar xəbərlər
XİN başçısı: Trampın Ağ Evə qayıtması İsrail üçün yeni imkanlar açacaq
İsrail 2025-ci ildə Donald Trampın ABŞ Prezidenti vəzifəsinə qayıtmasının yəhudi dövləti üçün yeni imkanlar açacağına ümid edir. "Report" xəbər verir ki, bu bar...