Ukrayna Kurskda 77 Şimali Koreya hərbçisini öldürüb
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, son üç gündə Rusiyanın Kursk bölgəsində 77 Şimali Koreya hərbçisi məhv edilib.
BAKU.WS xəbər verir ki, Ukrayna Xüsusi Əməliyyat Qüvvələri bu müddət ərzində 40-dan çox hərbçini yaralayıb, 12 texnika və 3 fərdi daşıyıcı vasitəni sıradan çıxarıb.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın "Alabuga" iqtisadi bölgəsindəki Şahed PUA-ları üçün ehtiyat hissələrinin saxlanıldığı depo məhv edilib. Depoda 65 PUA gövdəsi, mühərriklər, naviqasiya sistemləri və 400 Şahed-136 dronunun istehsalı üçün termal görüntü kameraları olduğu bildirilib. Hadisə nəticəsində təxminən 16 milyon dollar dəyərində zərər vurulub.
Ukrayna Müdafiə Nazirliyi bu hadisəni Rusiyanın hərbi sənaye kompleksinə vurulan ciddi zərbə kimi dəyərləndirib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...