Bakıda vəzifəli şəxsin hamamda MEYİTİ TAPILDI
23
dek
2024
20:52
Bakıda vəzifəli şəxs hamamda yıxılaraq vəfat edib.
BAKU.WS "Qafqazinfo"a istinadla xəbər verir ki, Xətai MKTB-nin 2 saylı mənzil-kommunal istismar sahəsinin rəisi 1962-ci il təvəllüdlü Ramiz Əliyev yaşadığı evdə dünyasını dəyişib.
Belə ki, o, dekabrın 20-si saat 22 radələrində Xətai rayonunun Sarayevo küçəsindəki evinin hamam otağında olarkən yıxılıb. R.Əliyevin vəfat etdiyi məlum olub.
Bildirilir ki, "JEK" rəhbəri infarktdan həyatını itirib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
"TikTok"da əxlaqsızlığı təbliğ edənlər saxlanıldılar: Aralarında Azər Zahid də var
"TikTok"da əyləncə yarışları təşkil edən şəxslər saxlanılıblar. BAKU.WS xəbər verir ki, "TikTok" sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təş...