Zahid Sabirabadlının həyat yoldaşı göz yaşları ilə yaşadığı evi göstərdi: Kim qınayırsa baxsın - VİDEO
15
yan
2019
14:33
Mərhum klarnet ifaçısı Zahid Sabirabadlının həyat yoldaşı “Bizimləsən” verilişində yaşadığı evi göstərib.BAKU.WS xəbər verir ki, ipoteka kreditinin borcunu ödəmək məqsədilə maddi yardım istəyən Leyli xanım, onu qınayanlara iki uşağı ilə şəraitsiz evdə yaşadığını nümayiş etdirib:"Bir evin ki, qapıları yoxdur, daha nə deyim. Donuruq. Uşaqların əlləri-ayaqları buz kimi olur. Vəziyyət çox pisdir. Kim qınayırsa baxsın. Vəziyyətim belə olmasaydı, yoldaşımın 40-ı çıxmamış heç vaxt efirə çıxmazdım. Həm ipoteka borcumuza 40-na kimi vaxt qoymublar, həm də uşaqlara yazığım gəldi. Məcbur qaldım. Kaş ki, şəraitim belə qalaydı, amma Zahid ölməyəydi. Kaş belə yaşayaydıq, amma o, yanımızda olaydı. O, ğlməsəydi bizə hər şərait yaradacaqdı. Mənə çox çətindir, həddindən artıq çətindir... Zahidin yoxluğunu qəbul edə bilmirəm. O, mənim üçün ölməyib, yaşayır".Qeyd edək ki, Z.Sabirabadlının ailəsinin ipoteka borcunun 10 min manatı toplanıb, 3 min manat qalıb.BAKU.WS
Oxşar xəbərlər
"İynəyə pul tapırdı, amma mənə kömək etmədi" - Samirə mərhum Zahid haqda (VİDEO)
"Mən Zahid Sabirabadlının ailəsinə kömək etməyəcəyəm". BAKU.WS xəbər verir ki, bu sözləri meyxanaçı Samirə Yusifqızı "Instagram" hesabında açdığı canlı yayımda...