SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən ilin 18 dekabr tarixində qəfil dünyasını dəyişən klarnet ifaçısı Zahid Sabirabadlının həyat yoldaşı Leyli efirə çıxaraq yardım istəyib.


BAKU.WS
 xəbər verir ki, o, 3 il əvvəl ipoteka ilə götürdükləri bir otaqlı mənzilin 13 min manat borclu qaldığlarını və bu məbləği ödəməkdə çətinlik çəkdiyini bildirib:


"2015-ci ildə 3 illik ipoteka krediti ilə birotaqlı ev almışıq. Vaxtımız ötən ilin iyul ayında bitdi. Zahid 6 ay vaxt almışdı. Dekabrda ödəməliydi. Toyları vardı, ölməsəydi ödəyəcəkdi. Zahidin 40-na - yanvarın 27-nə qədər vaxt veriblər. Borcu ödəməsək, satışa çıxaracaqlar. Bu gün uşaqlarım üçün buradayam. Zahidə xatir, iki körpəmə xatir kömək istəyirəm. Zahidin sənətinə hörmət qoyanlara müraciət edirəm, gücü çatan yardım etsin".


BAKU.WS