Suraxanı sakinlərini dərdə salan yollar – VİDEO

Suraxanı sakinlərini dərdə salan yollar – VİDEO
Video
Video 1012

Bakının Suraxanı rayonunda yollar bərbad vəziyyətdədir.

Bu barədə Asif Verdiyev adlı oxucu BAKU.WS-ə şikayətində bildirib. Onun sözlərinə görə, rayonun Yeni Günəşli qəsəbəsində yollar bərbad vəziyyətdədir. Yağış yağan kimi həmin istiqamətə gediş-gəliş mümkünsüz olur. Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında bildirib ki, həmin istiqamətdə olan yollar dövlət planına salınıb və yaxın vaxtlarda təmir ediləcək. “Əslində hazırda Bakıda problemli yollar çoxdur. Hər kəs də çalışır ki, öz yolları tez düzəlsin. Bu fiziki və maddi cəhətdən qeyri-mümkün şeydir. Tədbirlər planına uyğun vəsait ayrıldıqca həmin küçələrin, yolların, prospektlərin təmir işləri həyata keçiriləcək. Günəşli qəsəbəsində, ümumiyyətlə Suraxanı və digər rayonlar üzrə tədbirlər planı salınıb. Hansı ki, həmin küçələrin təmirə ehtiyacı var. Problemi aradan qaldırmaq üçün yavaş-yavaş tədbirlər görüləcək”, - deyə A.Nəcəfli bildirib. Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Ukrayna dairəsinin istifadəyə veriləcəyi DƏQİQ VAXT

Ukrayna dairəsinin istifadəyə veriləcəyi DƏQİQ VAXT

Bakının Xətai rayonu ərazisindəki Ukrayna dairəsində başlanan təmir işləri başa çatmaq üzrədir.BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə açıqlamasında "Azər...

2557 Sosial 22:33 17 iyul 2018

Son xəbərlər