Şəhid anası: "Oğlumla qürur duyuram, o xalqın da, mənim də gözümdə qəhrəmandır"
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirilən antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub.
Şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri, eləcə də hökumət rəsmiləri İkinci Şəhidlər xiyabanına gələrək burada dəfn olunan şəhidlərin məzarlarına qərənfillər düzüb, əklil qoyub, onların xatirələrini ehtiramla yad ediblər.
"Oğlum Xocavənddə həyata keçirilən antiterror tədbirlərində şəhid olub. Ondan əvvəl üç müharibə görmüş zabit idi. 44 günlük Vətən müharibəsindən qələbə ilə qayıtmışdı, ancaq antiterror tədbirlərində qələbə qazansalar da, özü sağ gəlib çıxa bilmədi. Oğlumun ömrü yarım qaldı, amma şükürlər olsun ki, torpaqlarımızı qaytardılar. Oğlumla qürur duyuram, o xalqın da, mənim də gözümdə qəhrəmandır", - deyə şəhid anası deyib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakıda səkini parkinqə kim çevirib? - AYNA-dan AÇIQLAMA
Bakının Nəsimi rayonu, İmran Qasımov küçəsində parklanma ilə bağlı narazılıq yaranıb. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Bildirilib ki,...