PAŞA Sığortadan qaydalara riayət edənlər üçün 3 dəfə daha ucuz yeni KASKO məhsulu - FOTO - VİDEO

PAŞA Sığortadan qaydalara riayət edənlər üçün 3 dəfə daha ucuz yeni KASKO məhsulu - FOTO - VİDEO
Video
Video 1570
Daim müştərilərini yeni məhsul təklifləri ilə sevindirən PAŞA Sığorta şirkəti bu dəfə qaydalarla sürən, nümunəvi sürücülər üçün yeni KASKO məhsulunu təqdim edir. Yol hərəkət qaydalarına riayət edən sürücülər üçün KASKO artıq 3 dəfə daha ucuzdur.Beləliklə, yeni yaradılan “Sənin KASKOn” məhsulu standart KASKO-dan 3 dəfə daha ucuz qiymətə müştərilərə təklif olunur və avtonəqliyyat hadisəsi riskinə təminat verir. Yol-nəqliyyat hadisəsi zamanı iki və ya daha çox avtomobilin toqquşmasında günahsız olduğu halda sığortalıya dəyən zərər PAŞA Sığorta şirkəti tərəfindən tam qarşılanır. Bununla daha az sığorta haqqı ödədiyiniz halda belə, hadisə zamanı yaranan zərər PAŞA Sığorta tərəfindən qarşılanacaq.Qeyd edək ki, bu məhsulun yaradılmasına əsas səbəb müştərilərdən alınan çoxsaylı istəklər olub. PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Son xəbərlər