“PAŞA Həyat” 71 mln. manatlıq sığorta haqqı ilə ölkənin ən iri sığorta şirkəti oldu
Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan "PAŞA Həyat” 2017-cı ilin yanvar-may ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanan 5 aylıq hesabatın nəticələrinə əsasən, "PAŞA Həyat” tərəfindən ümumilikdə 71,711 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 38,679 mln. manat və ya 2,2 dəfə çox olub.
Qeyd edək ki, "PAŞA Həyat” yığımlarının, eləcə də aktivlərinin həcminə (190,525 mln. manat) görə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında ilk yeri tutur.
Bununla yanaşı, hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə, şirkət tərəfindən ödənilən sığorta ödənişlərinin həcmi isə 5,134 mln. manat və ya 51,4% artaraq 15,119 mln. manata çatıb.
Сari ilin iyul ayının 1-nə nizamnamə kapitlanın həcmi 40,250 mln. manat təşkil edən "PAŞA Həyat” şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən "həyatın müddətli sığortası”, "istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, "yığım tərkibli yaşam sığortası”, "sağalmaz xəstəliklərdən sığorta”, "Ailəmin PAŞA Güvənliyi” və digər könüllü həyat sığortası məhsulları təklif edir.
BAKU.WS
Oxşar xəbərlər
“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş daha bir müştərinin ipoteka borcunu ödəyib
Azərbaycanın ən iri həyat sığortaçısı olan "PAŞA Həyat Sığorta” şirkəti "kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişin...