Dövlət ipoteka krediti verən banklar (SİYAHI)

Dövlət ipoteka krediti verən banklar (SİYAHI)
İqtisadiyyat 1904

Bir sıra bank və sığorta şirkətlərinin "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinə daxil olmuş müraciəti əsasında İdarə Heyətinin qərarı ilə müvəkkil bank və sığortaçıların siyahısı genişləndirilib.

Fonddan BAKU.WS-ə verilən məlumata görə, yeni qəbul olunmuş müvəkkil təşkilatlar əvvəllər də Cəmiyyətin müvəkkil təşkilatlarının siyahısına daxil olublar və ötən dövr ərzində onlarla faydalı qarşılıqlı əməkdaşlıq təcrübəsi formalaşıb.

Beləliklə, hazırda müvəkkil bankların sayı 19-a, sığortaçıların sayı isə 15-ə çatıb.

Müvəkkil banklar:

- Xalq Bank

- AGBank

- PAŞA Bank

- Bank Avrasiya

- Kapital Bank

- Bank BTB

- NBC Bank

- AzərTürkBank

- AFB Bank

- Nikoil Bank

- Unibank

- Bank Respublika

- TuranBank

- Caspian Development Bank

- Expressbank

- Bank Silkway

- Rabitəbank

- Bank VTB (Azərbaycan)

- Yapı Kredi Bank (Azərbaycan)

Müvəkkil sığorta şirkətləri:

- PAŞA Sığorta

- PAŞA Həyat

- Qala Sığorta

- Qala Həyat

- Atəşgah Sığorta

- Atəşgah Həyat

- AzSığorta

- Xalq Sığorta

- AtaSığorta

- Bakı Sığorta

- AXA Mbask

- A-Group Sığorta

- Rəvan Sığorta

- AzərSığorta

- Silkway Sığorta

Nazim Babayev

BAKU.WS

Son xəbərlər