İpoteka almaq istəyənlərə şad xəbər

İpoteka almaq istəyənlərə şad xəbər
Sosial 1763

 

"Azərbaycan İpoteka Fondu" ASC-nin müvəkkil bankları tərəfindən http://www.e-ipoteka.az/ internet portalı üzərindən ipoteka kreditləri üzrə vətəndaşlardan müraciətlərin qəbuluna başlanılıb.

BAKU.WS xəbər verir ki, ipoteka kreditlərinin verilməsi müvəkkil təşkilatların iştirakı ilə həyata keçirilir. 

Müvəkkil təşkilatlar "Azərbaycan İpoteka Fondu" ASC tərəfindən müvəkkil banklar, sığortaçılar və qiymətləndiricilərin seçilməsi və qiymətləndirilməsi Qaydaları"na uyğun olaraq seçilir. Bu Qaydalar əsasında artıq bir sıra müvəkkil təşkilatlarla müvafiq müqavilələr bağlanılıb.

Müvəkkil təşkilatların siyahısına daxil olmaq istəyən banklar, sığortaçılar və qiymətləndiricilər tərəfindən müraciətlər daxil olur və yeni müvəkkil təşkilatlar barədə əlavə məlumatlar təqdim olunacaq.

BAKU.WS

Oxşar xəbərlər

İpoteka kreditləri bahalaşdı

İpoteka kreditləri bahalaşdı

Azərbaycan Beynəlxalq Bankı ASC (ABB) ölkədəki tikinti şirkətləri ilə əməkdaşlıq çərçivəsində verdiyi ipoteka kreditlərinin illik faiz dərəcələrini 2% artırıb....

1353 Sosial 12:24 11 iyul 2016

Son xəbərlər