Elman Rüstəmov: gələn aydan ipoteka kreditləri yeni əsasda veriləcək

Elman Rüstəmov: gələn aydan ipoteka kreditləri yeni əsasda veriləcək
Sosial 1294

Ən geci gələn aydan ipoteka kreditləri yeni əsasda veriləcək.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov məlumat verib.

E.Rüstəmov bildirib ki, Maliyyə Nazirliyi tərəfindən ipoteka kreditlərinin güzəşt və kommersiya hissələrinin genişləndirilməsi üzərində işlər aparılır. İpoteka kreditlərinin verilməsi üzrə digər ölkələrin təcrübəsi nəzərdən keçirilir və araşdırmalar aparılır. Yəqin ki, yaxın zamanda, ən geci gələn ay ipoteka kreditlərinin yeni əsasda verilməsinə başlanılacaq.

BAKU.WS

Son xəbərlər