Beynəlxalq Bank kreditlərlə bağlı böyük güzəşt hazırlayır

Beynəlxalq Bank kreditlərlə bağlı böyük güzəşt hazırlayır
İqtisadiyyat 2072

 

Azərbaycan Beynəlxalq Bankı (ABB) əhaliyə böyük güzəşt etməyə hazırlaşır.

BAKU.WS-in əldə etdiyi məlumata görə, ABB inşaat sektorunda fəaliyyət göstər "Kristal Abşeron MTK” ilə ipoteka kreditlərinin şərtlərinə yenidən baxır. Belə ki, indiyə kimi "Kristal Abşeron MTK”dan ipoteka krediti ilə mənzil alanlar kreditləşməni ABB vasitəsi ilə edirdi. Kredit şərtlərinə görə, mənzil 10 il müddətinə illik 12% kredit şəklində vətəndaşlara verilirdi.

Ancaq Azərbaycan milli valyutasının fevral ayından bu yana dollar qarşısında 98% ucuzlaşması nəticəsində ABB və MTK ortaq qərara gəlib. İki qurum əhalinin ödəmə qabiliyyətinin azalmasını nəzərə olaraq kredit şərtlərində dəyişkilik etməyi planlaşdırır. Hazırda bank və şirkət arasında danışıqlar aparılır. Əvvəlki şərtlərlə mənzil alan müştərilərin kreditlərinə yenidən baxılacaq və 10 illik kredit müddəti 20-ilə qədər artırılacaq. İllik faiz isə 8-ə endiriləcək.

Beləliklə də, aylıq ipoteka kreditini ödəməkdə çətinlik çəkən vətəndaşlar daha az ödəniş imkanı əldə edəcəklər. Bu təşəbbüsün 2016-ci ilin ilk rübündə həyata keçirilməsi planlaşdırılır. 

Qeyd edək ki, 2003-cü ildən fəaliyyətinə başlayan "Kristal Abşeron MTK” inşaat sektorunda fəaliyyət göstərir. Şirkət ABB ilə birgə layihəsi çərçivəsində müştərilərinə sərfəli şərtlərlə ipoteka kreditləri verir. Bakı və Sumqayıtda onlarla bina tikən şirkət indiyə kimi minlərlə ailəyə ev almaq arzusunu reallaşdırmasına imkan yaradıb. 

 

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər