İpoteka ilə bağlı yeni ŞƏRTLƏR: Nələr vəd olunur
"Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin yaradılması başa çatandan sonra ipoteka kreditlərinin verilməsi davam etdiriləcək".
Maliyyə Bazarlarına Nəzarət Palatası belə deyir və bildirir ki, Fondun vəsaiti hesabına ipoteka kreditlərinin verilmə qaydalarında hələ dəyişiklik yoxdur:
"İpoteka kreditləri ilə bağlı "Kredit təşkilatlarında sağlam kreditləşmə və məsuliyyətli borclanma Prinsipləri"ndə müəyyən olunmuş meyarlar yalnız bankların öz vəsaitləri hesabına verdikləri ipoteka kreditlərinə şamil edilir. Bu prinsiplərə əsasən, xarici valyutada ipoteka kreditləri verilməməlidir. Milli valyutada verilən ipoteka kreditlərində kreditin təminata olan nisbəti isə 70 faizdən çox olmamalıdır".
Ekspert Palatanın arqumentini qəbul etmir
Əmlak məsələləri eksperti Rəşad Əliyev Palatanın arqumentləriylə razılaşmır:
"Bank verdiyi ipoteka kreditlərinə görə eyni cür məsuliyyət daşıyır. Necə ola bilər ki, bank İpoteka Fondunun vəsaitləri hesabına olan ipotekanı 15-20 faiz (sosial ipoteka - 15 faiz, adi ipoteka - 20 faiz) ilkin ödənişlə rəsmiləşdirsin, ancaq öz daxili proqramı ilə ipoteka kreditləşməsinə başqa tələblər qoyulsun. Hər iki əməliyyatin iqtisadi mahiyyəti eynidir".
Krreditin təminata olan nisbətinin 70 faizi aşmaması tələbinə gəlincə, ekspert deyir ki, bu halda bank öz vəsaitləri ilə ipoteka kreditlərini ən aşağısı 30 faizlik ilkin ödənişlə verəcək:
"30 faizlik ilkin ödəniş tələbi kreditləşdirmə həcmini azaldacaq və tikinti sektoruna mənfi təsir göstərəcək. Axı yeni tikililərdə mənzil satışının kreditləşdirilməsi 2 üsulla aparılır: tikinti şirkətinin kreditləşdirməsi və ya bank kreditləri hesabına".
R.Əliyevin fikrincə, Palatanın açıqlaması Fond vəsaitindən ipoteka kreditlərinin verilmə qaydalarında dəyişiklik olmadığını göstərir:
"Dəyişikliklər yoxdur, ancaq eyni zamanda kreditləşmə də yoxdur. Ancaq belə qənaətə gəlmək olar ki, ilkin ödənişlə bağlı tələblərdə yumşalma olması ehtimalı azalıb".
Azadlıq.org
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda banklar yalnız varlılara ipoteka krediti verəcək
"Əksər banklar ipoteka kreditlərində 40 faiz ilkin ödəniş və kreditə müraciət edilən zaman bir nəfər üçün 200 manat yaşayış minumumu hesablayırlar. Bu o deməkdi...