Azərbaycanda banklar kredit verilməsinin bərpasına başlayıb
Hazırda Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının təxminən yarısı kredit verir. "Report"un verdiyi xəbərə görə, artıq banklar məhdudiyyətlə olsa da manatla kreditləşmənin bərpasına başlayıblar.
Hazırda "Rabitəbank", "Accessbank", AFB Bank", "Kapital Bank", "Azər-Türk Bank", Atabank", "Bank of Baku", Bank Respublika", "Paşa Bank", "Unibank", "Bank Avrasiya", "Dəmirbank", "Parabank", Azərbaycan Beynəlxalq Bankı, Bank Nikoil", Bank BTB", "Caspian Development Bank" manatla kredit verilişini həyata keçirir.
Qeyd edək ki, "Rabitəbank" və "Parabank" lombard və depozit təminatı əsasında həm manatla, həm də dollarla kreditləşməni davam etrdirir.
"Azərbaycan Sənaye Bankı" və "Yapı Kredi Bank Azerbaijan" isə nağd pul krediti verməsə də, müştərilərə kredit kartı təklif edirlər. "Ziraat Bank Azerbaijan" isə hazırda ancaq biznes kreditləri verməklə məşğuldur.
"Xalqbank"da isə hazırda yalnız Sahibkarlığa Kömək Milli Fondunun və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun xətti ilə verilən kreditlər aktivdir.
Qeyd edək ki, dollarla kreditlər əsasən biznes kreditləri və gəliri dollarla olan müştərilər üçün nəzərdə tutulub. "Bank Avrasiya" və "Bank Nikoil" dollar kreditlərini yalnız gəliri dollarla olanlara təklif edir.
BAKU.WS
Oxşar xəbərlər
Banklar ipoteka kreditləri ilə bağlı şərtləri dəyişdi (CƏDVƏL)
Azərbaycanda bəzi banklar ipoteka krediti almaq üçün ailənin hər bir üzvünə düşən yaşayış minimumunun məbləğini artırıb. BAKU.WS bildirir ki, bu barədə Trend A...