Müştəri əmək qabiliyyətini itirdi - “PAŞA Həyat” onun ipoteka borcunu ödədi
Azərbaycanın ən iri həyat sığortaçısı olan "PAŞA Həyat Sığorta” şirkəti "kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişinin məbləğini açıqlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən ipoteka krediti götürmüş şəxsin səhhətində yaranmış xəstəlik onun əmək qabiliyyətini itirməsi ilə nəticələnib.
Şirkətlə sığorta olunan şəxs arasında bağlanmış sığorta müqaviləsinin müvafiq bəndinə əsasən, müştərinin 26 944 manat banka olan qalıq kredit borcu "PAŞA Həyat” tərəfindən ödənilib.
Qeyd edək ki, "PAŞA Həyat” tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 11 sığorta hadisəsinə görə ümumilikdə 230 162 manat həcmində sığorta ödənişi verilib.
"PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edir.
BAKU.WSOxşar xəbərlər
Bu şəxslərə işsizliyə görə sığorta ödənişi veriləcək
Azərbaycanda işsizliyə görə sığorta ödənişinin kimlərə və nə qədər veriləcəyi müəyyənləşdirilir. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, "İşsizlikdən sığorta...