İşsizlərə şad xəbər: sığorta pulu veriləcək (VİDEO)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "İşsizlik üzrə icbari sığorta haqqında” yeni qanun layihəsini Nazirlər Kabinetinə təqdim edib.
Lahiyəyə əsasən, işdən çıxarılan da, öz ərizəsi ilə çıxan da sığorta ala biləcək.
İşsizliyə görə sığorta haqqı ümumilikdə işçinin əmək haqqının 1%-i qədər olacaq.
Sığorta ödənişinin məbləği işçinin təcrübəsindən və işsiz qaldığı müddətdən asılı olacaq. Yəni işçinin təcrübəsi çox olarsa, sığorta ödənişi də yüksək olacaq, işsiz qaldığı müddət artdıqca isə əksinə, ödəniş azalacaq.
İşsiz qalan şəxs bu müddət ərzində iş tapa bilməzsə və yenidən sığorta ödənişi üçün müraciət edərsə, ona 3 ay müddətinə sığorta ödənişi veriləcək.
"Xəzər xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
BAKU.WS
Oxşar xəbərlər
İşsizlərə şad XƏBƏR - Yeni qanun layihəsi müzakirəyə çıxarılır
Azərbaycanda "İşsizlik üzrə icbari sığorta haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılacaq. BAKU.WS bildirir ki, bunu modern.az-a açıqlamasında Milli Məcl...