Mingəçevirdə şəhid bulaqlarına sayğac qoyulub – VİDEO

Mingəçevirdə şəhid bulaqlarına sayğac qoyulub – VİDEO
Video
Video 1925

Mingəçevir şəhərində sakinlərin təşəbbüsü ilə şəhid Şaiq Mustafayevin xatirəsinə çəkilən bulağa altı ay əvvəl sayğac quraşdırılıb. 

BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, şəhidin həyat yoldaşı Arzu Mustafayeva deyir ki, bulaqdan suyun gəlməsi üçün hər ay 5 manat ödəyir.

Qeyd edək ki, Mingəçevirin mərkəzində ümumilikdə altıdan çox şəhid bulağının suyu kəsilib. Şəhər su kanal idarəsindən bunu həmin bulaqların köhnə şəbəkədən qidalanması ilə izah edirlər. 

Hazırda həmin su şəbəkələri istismara yararsız olduğundan suyun verilişi dayandırılıb. Belə aydın olur ki, həmin şəhid bulaqları şəhərin ümumi balansında yox, fərdi istifadə kimi qeydiyyata alınır. Buna görə də bura suyun verilməsi sayğacla tənzimlənir.

BAKU.WS

Son xəbərlər