Deputat şəhid ailəsinin üsyanından sonra hərəkətə keçdi

Deputat şəhid ailəsinin üsyanından sonra hərəkətə keçdi
Sosial 2026

 

"Aprel döyüşlərində səhid olan Rahim Tağıyevin şəhid statusu ilə əlaqədar bir neçə məsələnin həllinin şəhər rəhbərliyinin nəzarətində olduğunu və yaxın günlərdə həllini tapacağını bildirdilər. Şəhər xəstəxanasından dərhal şəhidin həyat yoldaşının evinə həkim göndəriləcəyinə söz verdilər və nəticəsi bardədə mənə bu gün məlumat verəcəklər".

BAKU.WS-in məlumatına görə, bu barədə millət vəkili Aydın Mirzəzadə bildirib. O qeyd edib ki, bu gün mətbuatda aprel döyüşlərində səhid olan Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyevanın bir neçə məsələ ilə bağlı müsahibəsi çıxıb. Deputat şəhid ailəsinin problemlərini həll etmək üçün dərhal hərəkətə keçib: 

"Şəhid ailəsi Mingəçevirdə yaşadığına görə dərhal Vüsalə xanımla əlaqə saxladım. Qaldırdığı məsələlərin bir qismi həll olunmaq mərhələsindədir və bu barədə ona məlumat verildi. Digər məsələrlə bağlı Mingəçevir şəhər icra hakimiyyəti başmısının birinci müavini və mərkəzi şəhər xəstəxanasının baş həkimi ilə əlaqə saxladım. Şəhər təhsil şöbəsi şəhid ailəsinin məktəbə hazırlıq məsələsini öz üzərinə götürüb. Bütün bu məsələlər barədə şəhidin ailəsinə xəbər verildi və qarşılaşdığı istənilən problem barədə mənə müraciət etməsini xahiş etdim".

Xatırladaq ki, ötən gün mətbuatda Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyevanın üzləşdiyi problemlərlə bağlı yazılar dərc olunub. Məsələ ictimailəşdirildikdən sonra şəhid ailəsinin üzləşdiyi problemlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər