Körpəsinin üzünü görmədən şəhid olan Qabilin toy görüntüsü
Bu gün aprel döyüşlərində şəhid olan zabitimiz Qabil Orucəliyevin toy günündən bir il ötür.
BAKU.WS-in məlumatına görə, sosial şəbəkələrdə şəhidimizin toyundan foto paylaşılıb. Qabilin mart ayının sonlarında dünyaya gələn oğlu atasının adını daşıyır. Şəhid leytenantımız dünyaya gələn övladını görə bilmədi. Balaca Qabil şəhid oğlu kimi atasız böyüyəcək.
Şəhid Q.Orucəliyevin dostlarından biri ilə mesajlaşması və ona oğlunun dünyaya gəlməsini müjdələməsi xəbəri sosial şəbəkələrdə geniş yer almışdı. O, dostuna yazdığı mesajda oğlu doğum evindən çıxdıqdan sonra məzuniyyətə çıxaraq, onu görməyə gedəcəyini qeyd etmişdi. Lakin aprelin 2-də düşmənlə döyüşdə qəhrəmancasına şəhid oldu.
Qeyd edək ki, şəhid leytenantımız da 2004-cü ildə atasını itirib. 13 yaşından atasız böyüyən leytenant Q.Orucəliyev əslən Naxçıvan şəhərindən idi. O, dünyaya gəldiyi Naxçıvan şəhərində böyük izdihamla dəfn edilib.
BAKU.WS
Oxşar xəbərlər
Aprel döyüşlərində şəhid olan hərbçilərin duyğulandıran görüntüləri (VİDEO)
Aprel döyüşlərində şəhid olan baş leytenant Adil Adilzadə və Qabil Orucəliyevin maraqlı videosu yayılıb. BAKU.WS-in məlumatına görə, Azərbaycan torpaqlarının...