Vasif Talıbov şəhid ailələrinə ev verdi
07
may
2016
09:26
Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisində aprel ayında Füzuli və Tərtər rayonlarında döyüşlərdə şəhid olan mayor Rasim Məmmədov və leytenant Qabil Orucəliyevin ailələrinə yeni mənzillər təqdim olunub.
BAKU.WS virtualaz.org-a istinadən məlumat verir ki, şəhid ailələrinə verilən 2 və 3 otaqlı mənzillər Naxçıvan şəhərindəki yeni yaşayış kompleksində yerləşir. Tam təmir olunan mənzillərə bütün mebel avadanlıqları və məişət əşyaları qoyulub, lazımi kommunal-məişət şəraiti yaradılıb.
Qeyd: Fotodakı azyaşlı oğlan mayor Rasim Məmmədovun oğludur.
BAKU.WS
Oxşar xəbərlər
Müdafiə naziri şəhid anasının əlindən öpdü (VİDEO)
Müdafiə naziri Zakir Həsənov Azərbaycanın şəhid olmuş pilotlarının vida mərasimində şəhid anasının əlindən öpüb. BAKU.WS-in məlumatına görə, Azərbaycanın Qa...