Şəhid əsgər dəfn edildi - FOTO

Şəhid əsgər dəfn edildi - FOTO
Hadisə 2155

Şəhid olan Silahlı Qüvvələrin əsgəri dəfn edilir. ANS PRESS-in məlumatına görə, qoşunların təmas xəttində qarşı tərəflə atışmada əsgər Yüzbəyov Əmrah Aydın oğlu mayın 3-də şəhid olmuşdu. 

19 yaşlı Yüzbəyov Əmrah ötən il aprel ayında Xaçmaz rayonundan hərbi xidmətə çağrılmışdı. Xaçmaz Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlunun nəşi bu gün səhər saatlarında rayona gətirilib.

Şəhid Xaçmaz rayon Hacıməmmədoba kənd qəbirstanlığında dəfn olunur.

Şəhidin nəşi ata evindən qəbristanlığa kimi olan 1 km məsafəni döyüş yoldaşlarının çiynində onlarla insanın müşayiəti ilə aparılıb. 

Y.Əmrah ailənin ikinci övladı olub. O, aprel döyüşləri başlayanda Facebook səhifəsində - "şəhid olmaq hamıya qismət olmur" statusunu paylaşıb. 

BAKU.WS

Oxşar xəbərlər

Cəbhədən XƏBƏR VAR: Bir əsgərimiz şəhid oldu

Cəbhədən XƏBƏR VAR: Bir əsgərimiz şəhid oldu

Mayın 3-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlu şəhid olub. Bu barədə BAKU.WS-ə...

2905 Siyasət 21:14 03 may 2016

Son xəbərlər