Cəbhədən XƏBƏR VAR: Bir əsgərimiz şəhid oldu
03
may
2016
21:14
Mayın 3-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlu şəhid olub.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Nazirlik bildirir ki, qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
BAKU.WS
Oxşar xəbərlər
Ermənilər hücuma keçdi, cəbhədə daha bir şəhid verdik
Cəbhə boyu döyüş əməliyyatlarının dayandırılmasına dair əldə olunan razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən vəziyyəti gərginləş...