Azərbaycan ordusu şəhid verdi

Azərbaycan ordusu şəhid verdi
Hadisə 1452

 

Bu gün qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər İsmayılov Elşən Aydın oğlu şəhid olub.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra təltif edilməsi üçün "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına təqdim olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür, bu qanlı provokasiya nəticəsiz qalmayacaq və düşmənə vurulacaq zərbə sarsıdıcı olacaqdır.

BAKU.WS

Oxşar xəbərlər

Cəbhədə erməni təxribatı: bir hərbçimiz yaralandı

Cəbhədə erməni təxribatı: bir hərbçimiz yaralandı

Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yün...

1168 Hadisə 11:57 30 noyabr 2015

Son xəbərlər