Cəbhədə mina partladı: hərbçilərimiz yaralandı
Tovuz rayonu ərazisindəki qoşunların təmas xəttində mina partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu xəsarət alıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ilkin ehtimala görə partlayışa müharibə dövründən qalan partlayıcı səbəb olub.
Hərbi qulluqçulara ilkin tibbi yardım göstərildikdən sonra onlar yerli hərbi tibb müəssisəsinə çatdırılıblar. Xəsarət alanlar hazırda ixtisaslı həkim nəzarəti altındadır və həyati təhlükə yoxdur.
Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır. Müdafiə Nazirliyi cəbhədə baş verən hadisələrlə bağlı yalnız rəsmi məlumatlardan istifadə edilməsini kütləvi informasiya vasitələri nümayəndələrinə növbəti dəfə tövsiyə edir.
Azad Əliyev
BAKU.WS
Oxşar xəbərlər
Cəbhədə şiddətli döyüş: çoxlu erməni məhv edildi
Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki toqquşma haqda məlumat yayıb. BAKU.WS-in məlumatına görə, rəsmi məlumatda deyilir: Oktyabrın 9-da axşam saatlarında q...