Sezai Uçarmak: "Azərbaycanın üç mindən çox investor şirkəti Türkiyədə fəaliyyət göstərir."
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın üç mindən çox investor şirkəti Türkiyədə fəaliyyət göstərir. Azərbaycanın Türkiyədə yatırdığı investisiyanın həcmi 20, Türkiyənin Azərbaycana yatırdığı investisiyanın həcmi isə təxminən 20 milyard dollara bərabərdir. Ümumi investisiyalar təxminən 40 milyarda, 39 milyarda çatıb.
BAKU.WS xəbər verir ki, bunu Türkiyə Respublikasının Ticarət nazirinin müavini Sezai Uçarmak Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Türkiyədə xarici investisiyalar baxımından ən yüksək göstəricilərdən biri Azərbaycana aiddir və bu azərbaycanlı investorların Türkiyəyə rahat şəkildə güvənə bildiyini göstərir.
"Türkiyəli investorlar da eyni şəkildə Azərbaycanla böyük tərəfdaş olduğumuzu görürlər".
Banu Hüseynli
Oxşar xəbərlər
Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar
Antalyada COP31 çərçivəsində "Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində s...