Təkbaşına 5 erməni əsgərini məhv edən şəhidimiz dəfn olundu (FOTO)

Təkbaşına 5 erməni əsgərini məhv edən şəhidimiz dəfn olundu (FOTO)
Hadisə 3978

 

Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısı alarkən şiddətli döyüşlərdə şəhid olmuş Silahlı Qüvvələrimizin müddətdən artıq hərbi xidmət keçən qulluqçusu Ruhin Qəhrəmanov bu saatlarda dəfn edilib. Cəbrayıl rayonundan olan şəhidin dəfn mərasimi valideynlərinin yaşadığı Biləsuvar rayonundakı 2 saylı məcburi köçkün qəsəbəsində keçirilib. 

Modern.az-ın məlumatına görə, R.Qəhrəmanov cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Bu gün Biləsuvardakı məcburi köçkün qəbiristanlığında dəfn olunan şəhid əsgərimizlə bağlı əlavə məlumat əldə etmişik.

Modern.az-a məlum olub ki, onun atası da Hökumət Qəhrəmanov da 1-ci Qarabağ döyüşlərində iştirak edib.   

Ruhin Qəhrəmanov isə hələ bir neçə ay öncə cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək, təkbaşına 5 erməni əsgərini məhv edibmiş. Elə buna görə də o, həmin şücaətindən sonra "N” saylı hərbi hissənin rəhbəliyi tərəfində məzuniyyətlə mükafatlandırılıb. 

Bir ay öncə valideynlərinin yanına məzuniyyətə gələn əsgər dünən geriyə şəhid kimi döndü…

Qeyd edək ki, şəhid Ruhin Qəhrəmanovun digər qardaşı da Silahlı Qüvvələrimizin müddətdən artıq hərbi xidmət keçən qulluqçusudur. Şəhidin dəfni zamanı onun tabutuna çəkilmiş üçrəngli bayraq hərbçi qardaşına təqdim olunub. 

Dəfndə izdiham yaşanıb...

Allah rəhmət eləsin…

BAKU.WS

Oxşar xəbərlər

Müdafiə Nazirliyi: ermənilər dinc sakinləri atəşə tutur

Müdafiə Nazirliyi: ermənilər dinc sakinləri atəşə tutur

Təmas xəttində vəziyyət gərgin olaraq qalır. Bu barədə ANS PRESS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib. Qurum rəsmi...

1373 Hadisə 10:28 03 aprel 2016

Son xəbərlər