Yaralı yoldaşlarını döyüşdən çıxaran zaman həlak olan şəhidimiz son mənzilə yola salındı
El TV (Region TV) xəbər verir ki, Azərbaycan ordusunun şəhid olan zabiti, 1992-ci il təvəllüdlü Teymur Sabir oğlu Qasımov doğulduğu Mingəçevir şəhərində dəfn edildi. Şəhid hərbçi Teymur Qasımovun cənazəsi Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırıldı, ruhuna dualar oxundu. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri də iştirak etdilər. Şəhidin tabutunun büküldüyü Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edildi. Şəhidimiz yaylım atəşləri altında son mənzilə yola salındı.
"Döyüşdə öz həmkarlarını çıxardan zaman həlak oldu. Qaçmadı, öz yaralı həmkarlarını çıxardaraq minaya düşdü. Allah şəhidlərə rəhmət eləsin! Amin!" - deyə şəhidin xalası oğlu Nuri İbrahimov vurğulayıb.
Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Teymur Qasımov Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Onun döyüş meydanında qalan nəşi aprelin 8-də Azərbaycan tərəfə təhvil verilib.
BAKU.WS
Oxşar xəbərlər
Qarabağda şəhid olan əsgərlərimiz dəfn olunur (FOTO)
Qusar və Xaçmaz da şəhidlər dəfn edildi. ANS PRESS-in məlumatına görə, Qusarın Cağarqışlaq kəndindən olan, 20 yaşlı Əmiraslan Xəlil oğlu Xeyirbəyov öz kəndində...