Şəhid Zabitimizi son mənizlə belə yola salındı (FOTO)
Düşmənlə Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Azərbaycan Ordusunun zabiti İnqilab Quliyev bu gün Gəncədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
BAKU.WS Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, əslən Kəlbəcərdən olan və Gəncədə müvəqqəti yaşayan 33 yaşlı silahlı qüvvələrin zabiti İ.Quliyev aprelin 4-ü Tərtər istiqamətində düşmən hücumunu dəf edərkən şəhid olub. Gəncə şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, döyüş yoldaşları və minlərlə şəhər sakini şəhidi son mənzilə təntənə ilə yola salıb. Böyük izdiham yaşanan mərasimdə şəhid İ.Quliyevin əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam intizamılı bir zabit kimi daim yaddaşlarda yaşayacağı vurğulanıb.
Şəhidin atası Çingiz Quliyev: "Sərkərdə İnqilabın ölümü ilə onlar heç nəyə nail ola bilməzlər. Çünki İnqilab kimi oğullar Azərbaycanda minlərlədir. İnanıram ki, torpaqlarımız azad olunacaq. Biz doğma Kəlbəcərə qayıdacağıq. Yalnız o zaman şəhidlərimizin ruhu, eyni zamanda oğlumun ruhu şad olacaq. Biz prezidentimizin ətrafında daha sıx birləşməliyik. Mən prezidentimizlə fəxr edirəm".
Şəhid İ.Quliyev Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında torpağa tapşırılıb. Şəhidin xatirəsinə yaylım atəşi açılıb, Dövlət bayrağı yaxınlarına təqdim olunub.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan Ordusunun polkovniki və onun əsgəri dəfn olundu (FOTO)
Təmas xəttində ermənilərin təxribatlarının qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun polkovniki və onun əsgəri dəfn olunub. "Report"un məlumatına g...