Azərbaycan Ordusunun polkovniki və onun əsgəri dəfn olundu (FOTO)

Azərbaycan Ordusunun polkovniki və onun əsgəri dəfn olundu (FOTO)
Siyasət 1904

 

Təmas xəttində ermənilərin təxribatlarının qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun polkovniki və onun əsgəri dəfn olunub.

"Report"un məlumatına görə, cəbhədə gedən döyüşlərdə həlak olan polkovnik-leytenant, 1972-ci il təvəllüdlü Raquf İbrahim oğlu Orucov və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, 1989-cu il təvəllüdlü Murad Vaqif oğlu Məmmədov Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Müdafiə Nazirliyinin rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Allah rəhmət eləsin!

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər