İran generalı Kaani sağdır, yoxsa öldürülüb? - Beynəlxalq medianın cavab axtardığı suallar

İran generalı Kaani sağdır, yoxsa öldürülüb? - Beynəlxalq medianın cavab axtardığı suallar
Video 18

Ötən həftənin sonlarından İran İslam İnqilabının Keşikçiləri Korpusu - "Sepah"ın Qüds qüvvələrinin komandanı general İsmayıl Kaaninin ortalıqda görünməməsi çoxsaylı ehtimallara yol açıb.

Kaani haradadır? O sağdır, yoxsa öldürülüb, yaxud yaralanıb?

Bunlar son dörd gündə təkcə İran mətbuatının və sosial şəbəkələrin İran seqmentinin deyil, beynəlxalq medianın cavab axtardığı suallardır.

Məsələyə belə geniş diqqət, təbii ki, Kaaninin personasının İran rejimi üçün xüsusi əhəmiyyətindən qaynaqlanır.

Belə ki, "Sepah"ın xaricdəki əməliyyatlarına cavabdeh olan Qüds qüvvələrinin komandanı İranın regional siyasətində önəmli təsirə malik bir fiqurdur və özəlliklə hazırkı şəraitdə rejim üçün onun missiyası həyati əhəmiyyət kəsb edir. İsmayıl Kaani sonuncu dəfə Həsən Nəsrullahın öldürülməsindən iki gün sonra Hizbullahın Tehrandakı ofisində görünüb.

Bundan sonra onun Livana yollandığı barədə məlumat yayılıb. Oktyabrın 3-də İsrail ordusu Beyrutun cənub bölgəsinə növbəti dağıdıcı zərbələr endirib və bunun nəticəsində Hizbullahın yeni baş katibi Haşim Səfiəddinin həlak olduğu barədə xəbərlər yayılıb. Bununla yanaşı, İsrailin hava hücumu zamanı general Kaaninin Hizbullahın yeni rəhbəri ilə birlikdə olduğu deyilib.

Həmin xəbərlər rəsmən təsdiqlənməsə də, sonrakı hadisələr Kaaninin taleyi ilə bağlı şübhələri artırıb.

Ətraflı "Azad İran" "YouTube" kanalının süjetində:

Son xəbərlər