Günəşlidəki binaya qanunsuz tikilən 2 mərtəbə söküləcək - VİDEO

Günəşlidəki binaya qanunsuz tikilən 2 mərtəbə söküləcək - VİDEO
Foto Video
Video 562

Bakının Günəşli qəsəbəsində uzun müddətdir yaşayış olan 15 mərtəbəli binanın üzərində əlavə tikilən iki mərtəbə söküləcək.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, bunu bu gün əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov jurnalistlərə açıqlamasında bildirib.

E.Əsədov qeyd edib ki, “Badükübə” Mənzil Kooperativ Müəssisəsi binanın tikintisinə 2008-ci ildə başlayıb: “Bir müddət keçdikdən sonra bina istifadəyə verilib, insanlar məskunlaşıblar. Lakin binanın istismarına dövlət və müvafiq qurumlar tərəfindən icazə verilməyib.

Kooperativin rəhbərliyi tərəfindən binanın üzərində daha iki mərtəbənin qanunsuz tikintisi başlayıb. Bununla əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən “Tikinti və şəhərsalma” Məcəlləsinin 95-ci maddəsinə uyğun olaraq, tikinti işlərinin saxlanılması və bir il müddətində qanunsuz tikintinin qanuniləşdirilməsi, müvafiq sənədlərin təqdim edilməsi barədə tapşırıq verilib.

Bu tapşırığın icrası qanunla məcburi olsa da, uzun müddət keçməsinə baxmayaraq, MTK rəhbərliyi tərəfindən bu günədək Fövqəladə Hallar Nazirliyinə və digər icazə verən qurumlara heç bir icazəverici sənəd təqdim olunmayıb. Məhz bunları nəzərə alaraq dərhal binanın üzərində qanunsuz tikilən iki mərtəbənin söküntüsünə başlanılmasına qərar verilib.

Yaxın günlərdə vətəndaşlar və media nümayəndələri söküntünün şahidi olacaqlar. Söküntüyə bu cür tikililərin sökülməsi üçün xüsusi təcrübəsi olan şirkət cəlb olunacaq. MTK-ya verilən vaxt başa çatıb və daha əlavə tikiliyə icazə verilməyəcək”.

Qeyd edək ki, bir neçə gün əvvəl “Qafqazinfo” əməkdaşları da sözügedən binaya baş çəkib vəziyyəti işıqlandırmışdı.

Oxşar xəbərlər

İlham Əliyev yeni sədri qəbul etdi

İlham Əliyev yeni sədri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul...

710 Sosial 16:43 08 yanvar 2020

Son xəbərlər