Enerji içkiləri ilə bağlı ÇAĞIRIŞ: TƏHLÜKƏLİDİR!!! - VİDEO
28
sen
2018
23:40
Gənclərin əksəriyyəti, xüsusi ilə də 18 yaşına çatmayan yeniyetmələr mütəmadi olaraq enerji içkilərindən geniş istifadə edirlər. Onlar bu içkilərindən tez tez istifadə etmələrini yorğunluğu götürməsi və insanı daha gümrah etməsi ilə əsaslandırırlar. Ancaq mütəxəssislər bildirir ki, enerji içkşlərşndə olan maddələr onun təlqin etdiyi şüarlarla uzlaşmır. Son olaraq Goranboyda 8-ci sinif şagirdinin "Hell" enerji içkisindən ölməsi ilə bağlı iddialar məsələnin ictimaiyyətdə geniş müzakirə mövzusuna çevirib. Sonradan iddiaların təkzib olunmasına baxmayaraq mövzu aktuallığı daha da artıb.Qeyd edək ki, insan orqanizminə ciddi zərərləri olduğuna görə Fransa, Danimarka, Norveç və Uruqvayda enerji içkilərinin satışı tam qadağan edilib. Almaniyada isə 2009-cu ildə enerji içkilərində kokain aşkarlandığına görə bir birmənalı qadağa tətbiq edilib.Küveytdə isə 16 və 21 yaşlı iki şəxsin məhz enerji içkisindən ölməsi təsdiqləndiyi üçün qadağan edilib. bir çox ölkələrdə isə bu bu içkilərin satışında yaş məhdudiyyəti var. Belə ki, Böyük Britaniyada,Litva və Latviyada içkilərin 16 yaşından aşağı şəxslərə satılması qadağandır.Milli.Az bildirir ki, istər Gornaboyda baş verən hadisə, istərsə də dünya təcrübəsi Qida Təhlükəsizliyi Agentliyinin bu məsələyə daha həssas yanaşmasını tələb edir. Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisi Günel Məlikzadə bildirir ki, enerji içkilərinin tərkibində olan 3 maddə hər bir şəxs üçün həkim tərəfindən təyin olunan müəyyən normadan artıq olarsa insan sağlamlığında ciddi fəsadlara səbəb ola bilər.Agentliyin nümayəndəsi bildirir ki, hər bir enerji içkisinin üzərində istehlakçıların başa düşə biləcəyi bir dildə onun tərkibi haqqında məlumat olmalıdır. Ancaq biz ölkədə satışda olan bəzi "Hell" içkisi qablarının üzərində bunu görə bilmirik.Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi onu da bildirir ki, xüsusilə məktəblilər üçün bu içkidən istifadə etmək ümumiyyətlə yolverilməzdir. Amma gəl gör ki bizdə satışda olan bu içkilərin üzərində heç yaş məhdudiyyətini göstərən xəbərdarlıq da yoxdur.Hazırda ictimaiyyət tərəfindən adı daha çox hallanan "Hell" enerji içkilərinin Azərbayacn nümayəndəliyindən bildirirlər ki, satışda olan üzərində yalnız macar dilində yazı olan içkilərin onlara aidiyyatı yoxdur. Azərbaycanda olan rəsmi distrubuterin gətirmiş olduğu bütün "Hell" enerji içkilərininn üzərində Azərbaycan dilində məlumat yerləşdirilib. Bu içkilər bütün beynəlxalq qida təhlükəsizliyi standartlarına cavab verir. O ki qaldı yaşla bağlı məhdudiyyət məsələsinə nümayəndəlikdə hesab edirlər ki, uşaqlara istifadəsi tövsiyyə edilməməsi ilə bağlı qutunun üzərindəki xəbərdarlıq bu tələbə cavab verir. Yəni uşaq yaşı yerli qanunvericilikdə əksini tapıb. /xezerxeber.azBAKU.WS
Oxşar xəbərlər
"Azərenerji”dən Mingəçevirdəki təmir işləri ilə bağlı AÇIQLAMA
"Azərenerji” ASC-3 iyul tarixində, saat 00:20 radələrində “Azərbaycan” İES-in 330 kV-luq yarımstansiyasında baş vermiş qəza ilə bağlı məlumat yayıb."APA-Economi...