Smartfonlarda enerjinin çox saxlanılması üçün 5 qızıl qayda

Smartfonlarda enerjinin çox saxlanılması üçün 5 qızıl qayda
Şou-biznes 4036

 

Əlimizdən yerə qoymadığımız smartfonların ən böyük problemi enerji saxlamamasıdır. Lakin bunun da həlli yolları var. Belə ki, ağıllı telefonlarınızda edəcəyiniz bir neçə dəyişiklik ilə enerji tutumunun ömrünü yarım günə qədər uzada bilərsiniz.

Divar kağızı rəngi, ekran parlaqlığı, kabelsiz bağlantılar, açıq olan tətbiqlər və telefonun tez-tez enerji yığması kimi vərdişləriniz enerji tutumuna təsir edən amillərdir.

Aşağıda qeyd etdiklərimizi tətbiq etdikdə ağıllı telefonlarınızın enerji tutumunun ömrünü uzada biləcəksiniz.

1. Telefonunuzdakı fon şəklinin rənginə diqqət edin.

Bir çox ağıllı telefonun ekranında AMOLED texnologiyası istifadə edilməyə başlanıb. Bu da fon şəklində istifadə olunan rənglərin enerji tutumuna təsir edir. Siz də AMOLED ekranı olan ağıllı telefon istifadə edirsinizsə, tünd rəngdə olan fon şəklinə üstünlük verin. Çünki, açıq rənglər daha çox enerji aparır.

Lakin bu LCD texnologiyası olan telefonlara şamil edilmir. Android istifadəçiləri bilməlidirlər ki, animasiyalı fon şəkli enerjini daha çox aparır. Həmçinin animasiyalı fon şəkli telefonun prosessorunu daha çox yorur, bu da telefon üçün olduqca ziyanlıdır.

2. Ekran parlaqlığı

Enerji tutumuna təsir edən amillərdən biri də ekran parlaqlığıdır. Ekran parlaqlığını avtomatikə qoyduqda enerji sərfiyyatına yol verməyəcək.

Ancaq bunu tətbiq etdikdə günəş işığı çox olan yerlərdə ekrandakı görünütləri görməkdə çətinlik çəkəcəksiniz. Ona görə də yol getdikdə telefonunuzun ekran parlaqlığını artıra bilərsiniz. Hava qaralmağa başladıqda isə tətbiqi yenidən quraşdırın.

3. Kabelsiz bağlantılar

Ağıllı telefonlarda ən çox enerji aparan kabelsiz bağlantılardır. Wi-Fi, Bluetooth, GPS və 3G. Bunlardan ən çox enerji tükədən 3G və GPS-dir. Buna görə də internetdən istifadə etmədiyiniz vaxtlar da kabelsiz bağlantıların hamısını bağlı saxlayın.

Wi-Fi olan yerlərdə çalışın 3G və GPS-dan istifadə etməyin. 

4. İstifadə etmədiyiniz proqramları bağlı saxlayın.

Ağıllı telefon istifadəçilərinin ən çox etdiyi səhvlər arasında açıq tutulan və istifadə etmədikləri proqramlardır. Telefonda olan proqramların çox olması da enerji sərfiyyatına təsir edir. Heç istifadə etmədiyiniz proqramları silin, istifadə etdiyiniz proqramları isə istifadə etdikdən sonra bağlayın.

5. Adaptor və batareya daşı

Enerji tutumunda ən əsas faktorlardan biri və birincisi batareya və adaptorların düzgün istifadəsidir. Əsas isə adaptor seçimidir. Batareya və adaptorların orjinal olmasına xüsusi ilə diqqət edin. Çünki, orjinal olmayan adaptorlar batareyanı sıradan çıxarır. Bu da öz növbəsində telefonunuza mənfi təsir edə bilər. 

Telefonunuz tam enerji yığdıqdan sonra istifadə edin. Uzun müddət batareyaya qoşulu saxlamayın. Bu batareyanın şişməsinə səbəb olur. Batareyalar şişdikdə isə partlaya, telefonunuza və sizə zərər verə bilər. 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər