"Apple" yeni "iPhone 6s" və "iPhone 6s Plus"u təqdim etdi (FOTO, VİDEO)

Apple yeni iPhone 6s və iPhone 6s Plusu təqdim etdi (FOTO, VİDEO)
Video
Sosial 2436

"Apple" şirkəti yeni "iPhone 6s" və "iPhone 6s Plus" modelini təqdim edib.

BAKU.WS-in məlumatına görə, yeni telefonlar 12 megapiksel kamera ilə təchiz edilib. Bununla yanaşı, video çəkilişlər 4K keyfiyyətində telefonun yaddaşına köçürülür. "3D Touch" (3 ölçülü toxunuş) xüsusiyyətiylə də telefonun ekranına toxunuşlar fərqli əməliyyatların yerinə yetirilməsinə imkan verir.

Yeni "iPhone"lar 16, 64, 128 GB yaddaşı olan variantlarda satışa çıxarılacaq. Yeni smartfonların satış tarixi isə 25 sentyabrdır. ABŞ-da 2 "6S"in qiyməti 199, "6S Plus"un qiyməti isə 299 dollardan başlayır.

"Apple" şirkəti yeni əməliyyat sistemi "iOS 9"un isə 16 sentyabrda istifadəyə veriləcəyini elan edib. Şirkət dünən yeni "iPad Pro"nu da tanıdıb. 32,7 santimetrlik ekranlı tablet yüksək performansıyla notbuklara rəqib olacaq.

Tablet son 12 ayda bazara buraxılan komputerlərdən 80% daha sürətli bir prosessorla təchiz olunub. Yeni tablet 10 saat boyunca enerji saxlayır. Noyabrda satışa çıxarılacaq tabletin qiyməti xüsusiyyətlərinə görə 799 - 1079 dollar arasında dəyişir. 

ŞAHİN Həbibov

BAKU.WS 

Oxşar xəbərlər

Orijinal iPhone artıq Azərbaycanda

Orijinal iPhone artıq Azərbaycanda

iPhone sevərləri xoş sürpriz gözləyir. Azərbaycanda orijinal, lisenziyalaşdırılmış iPhone-ların satışı artıq başlandı. Lisenziyalı iPhone-ları yalnız rəsmi di...

2541 Digər 09:00 04 sentyabr 2015

Son xəbərlər