"Apple"dan yeni bomba gəlir (FOTO)
"Apple" şirkətinin yeni "iPhone 6S" modelini təqdim edəcəyi vaxt məlum olub.
BAKU.WS-in məlumatına görə, yeni mobil cihaz 9 sentyabrda dünyaya tanıdılacaq. "iPhone 6" və "iPhone 6 Plus" ötən ilin sentyabr ayında təqdim edilmiş və "Apple" ilk dəfə geniş ekranlı bir "iPhone"la istehlakçıların qarşısına çıxmışdı. Şirkətin bu il də bu xətti davam etdirəcəyi və iki fərqli "iPhone" modeliylə gələcəyi güman edilir.
Son model qurğuda "iPhone" və "iPad"lərdə istifadə olunan "Apple A8" prosessoru deyil, daha sürətli "Apple A9" prosessordan istifadə ediləcək. "iPhone 6S" 2 GB RAM,12 meqapiksel kamera və 4K video çəkilişlə təchiz olunacaq.
"iPhone 6S" hələ beta mərhələsində olan "iOS 9" sistemini də sentyabr ayında təqdim edib. "iPhone 4" və "iPhone 4S" və aşağı kateqoriyalı telefonlara yeni sistem yüklənməyəcək.
Qeyd edək ki, "Apple" şirkəti yeni məhsullarını ABŞ-ın San Fransisko şəhərində olan "Bil Qraham Civiç Auditorium"da Bakı vaxtı ilə saat 22:00 tanıdılacaq.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda orijinal "iPhone"ların satışına başlandı
Bu gündən Azərbaycanda "iPhone"ların qiyməti 30% bahalaşıb. BAKU.WS-in əldə etdiyi məlumata görə, artıq paytaxt mağazalarında "iPhone 6" modeli 900 manata dey...