WhatsApp-la bağlı şok xəbərdarlıq: ölə bilərsiniz
Son araşdırmalar "ağıllı telefonlar"ın asılılıq yaratma potensialına sahib olduğunu göstərir. Bu isə sükan arxasında gerçək bir təhlükəyə çevrilir.
BAKU.WS-in məlumatına görə, Duisburg-Essen Universitetinin araşdırmaçısı Mixael Şreckenberq yol qəzalarında böyük artım ola biləcəyini bildirib.
Onun sözlərinə görə, bir ildə baş verən 2 milyon 400 min yol qəzasının 300 mininin internet əlaqəlidir. Mixael xüsusilə də sükan arxasında WhatsApp mesajları oxuyub yazmağın təhlükəli olduğunu diqqət çəkib.
ABŞ-da edilən araşdırmalar sükan arxasında telefonla danışmağın qəza təhlükəsini 6 qat, qısa mesaj oxuma və ya yazmağın isə 20 qatdan çox artırdığını ortaya çıxarıb. Mütəxəssislər, xüsusilə "ağıllı telefonlar"ını əllərindən salmayan gənc sürücülərin təhlükə altında olduğunu bildirir.
BAKU.WS
Oxşar xəbərlər
"Ölüm mikroavtobusunun" sürücüsü həbs edildi (VİDEO)
Sentyabr ayının 17-si Bakı- Sumqayıt yolunun Ceyranbatan su anbarının yaxınlığında 3 nəfərin ölümü, 10 nəfərin xəsarət almasına səbəb olan sürücüsü həbs edilib....