WhatsApp-da təhlükəli boşluq aşkarlandı

10
sen
2015
16:33
Dünyanın ən məşhur mesajlaşma tətbiqi WhatsApp-da yeni boşluq aşkarlanıb.
BAKU.WS-in məlumatına görə, tətbiqin "WhatsApp web" versiyasında müəyyən edilmiş boşluq təxminən 6 gündə istifadəçinin hesabını bağlayır.
200 milyon adamın istifadə etdiyi "WhatsApp Web" vasitəsilə komputerlərə zərərli viruslar göndərmək mümkündür. Bu cür kiber hücumların təşkil edilməsi üçün qurbanının telefon nömrəsini bilmə kifayət edir.
WhatsApp istifadəçiləri üçün təhlükə mənbəyi olan boşluğun aradan qaldırılması üçün ciddi iş görülür.
ŞAHİN Həbibov
BAKU.WS
