Bələdiyyə sədrini WhatsApp-a görə həbs etdilər

Bələdiyyə sədrini WhatsApp-a görə həbs etdilər
Hadisə 1677

Brazilyada maraqlı hadisə baş verib.

BAKU.WS məlumat verir ki, bələdiyyə sədri işlərini "WhatsApp"dan idarə etdiyi üçün həbs olunub. 25 yaşlı Lidiane Leite bələdiyyə sədri olduğu qəsəbəyə bir dəfə də olsun getməyib. İşlərini WhatsApp vasitəsilə idarə edib.

Aidiyyatı orqanların Leite haqqında apardıqları araşdırma nəticəsində onun təhsil fondundan böyük miqdarda pul mənimsədiyi məlum olub.

Bundan əlavə, Leitenin lüks bir villada yaşadığını bildirən prokurorluq əməkdaşları bələdiyyə işçilərinə vaxtında maaş ödəmədiyini, qəsəbə ilə bağlı hər hansısa bir iş görmədiyini də deyiblər. Həmçinin, təhsil fondundan pulları mənimsədiyi üçün müəllimlərin maaşları da vaxtında verilməyib. 

Leite ilə yanaşı onun müavini olan sevgilisini də həbs ediblər.

Ayşən Ayxan

BAKU.WS

Oxşar xəbərlər

Leysan Batumini viran qoydu (FOTO)

Leysan Batumini viran qoydu (FOTO)

Gürcüstanın üçüncü böyük şəhəri sayılan Batumidə leysan yağışları və güclü qasırğa daşqınlara səbəb olub. BAKU.WS məlumat verir ki, şəhərin dəmiryolu stansiyal...

1207 Hadisə 13:18 26 avqust 2015

Son xəbərlər