Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sədr təyin olunub
31
yan
2018
19:12
Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi publik hüquqi şəxsin İdarə Heyətinə sədri təyin edilib. BAKU.WS xəbər verir ki, Nazir Pərviz Şahbazovun əmri ilə bu vəzifəni Samir Əli Hüseyn oğlu Axundov tutub.S.Axundov 1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. 1993-1998-ci illərdə “İnformatika” elmi-istehsalat birliyində mühəndis və “Simko” Ticarət və Sənaye ASC-nin Energetika departamentində çalışıb. 1998-2018-ci illərdə "Siemens AG"-nin Azərbaycan nümayəndəliyinin enerji istehsalı və ötürülməsi departamentinin, daha sonra Nümayəndəliyin, "Siemens AG" Avstriyanın Azərbaycandakı Nümayəndəliyinin, "Siemens AG" Almaniyanın Azərbaycandakı filialının rəhbəri olub. “Alman- Azərbaycan” Biznes Assosiasiyasının sədri, “Alman-Azərbaycan” Ticarət Palatasının İdarə Heyətinin sədri kimi də fəaliyyət göstərib. Samir Axundov energetika üzrə fəlsəfə doktorudur.Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi ölkə Prezidentinin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda yeni qurum yaradıldı - FƏRMAN
Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb.BAKU.WS-in xəbərinə görə, Prezident İlham Əliyev dekabrın 22-də “Azərbayc...