"Azərenerji”dən Mingəçevirdəki təmir işləri ilə bağlı AÇIQLAMA
07
iyl
2018
17:54
"Azərenerji” ASC-3 iyul tarixində, saat 00:20 radələrində “Azərbaycan” İES-in 330 kV-luq yarımstansiyasında baş vermiş qəza ilə bağlı məlumat yayıb."APA-Economics" xəbər verir ki, Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer Xidmətinin son məlumatına əsasən baş vermiş 1 fazlı qısa qapanma 3 fazlı qısa qapanmaya çevriib və ani olaraq Azərbaycan İES-də işdə olan 7 enerji bloku (1500 MVt güc) rele mühafizəsindən şəbəkədən açılıb. Böyük güc çatışmazlığı səbəbindən (tələbatın 50 %-i həcmində) qəzanın 1-ci saniyəsində əks-qəza avtomatikasının təsirindən Azərbaycan enerji sistemi Rusiya enerji sistemindən ayrılıb. "Qəzadan əvvəlki rejimdə Azərbaycan İES-də istehsal olunan 1500 MVt gücun 1000 MVt-ı Bakı və Abşeronun tələbatının ödənilməsi məqsədilə ötürülürdü. Qəzanın ilk saniyələrində “Mingəçevir-Abşeron” yük ötürülməsi dəhlizinə daxil olan sistemtəşkiledici 330 kV-luq 1-ci Abşeron elektrik verilişi xətti Azərbaycan İES-də cərəyan transformatorunun dağılması səbəbindən rele mühafizəsindən və 500 kV-luq 2-ci Abşeron elektrik verilişi xətti isə asinxron gedişin ləğvi avtomatikasından açılıb, sistem əks-qəza avtomatikasının işləməsinə baxmayaraq böyük aktiv və reaktiv güc çatışmazlığı və qəzanın ani olaraq baş verməsi, qəzanın selvari xarakter almasına və enerji sisteminin tam dayanmasına səbəb olub. Təxirəsalınmaz operativ tədbirlər nəticəsində enerji siteminin bərpası təmin edilib və mövcud generasiya güclərindən istifadə edilərək, ilk növbədə həyati vacib əhəmiyyətli obyektlərin, sonradan isə generasiya gücləri bərpa edildikcə digər istehlakçıların elektrik enerjisi ilə təchizatı bərpa olunub”, - deyə məlumatda vurğulanıb.Məlumatda qeyd olunub ki, Prezident İlham Əliyev baş verən hadisəni birbaşa öz nəzarətinə götürüb.Bildirilib ki, ölkə enerji sisteminin yaranmış vəziyyətdən tez bir zamanda çıxarılması və qəzanın fəsadlarının aradan qaldırılması məqsədilə dərhal bütün resurslar səfərbər edilib və enerji sistemi fövqəladə iş rejiminə keçib.Qısa vaxt ərzində verilmiş çevik reaksiya nəticəsində “Azərenerji” ASC tərəfindən qidalandırılan istehlakçılar 100 faiz elektrik enerjisi ilə təchiz edilib."Hal-hazırda enerji sisteminin dayanıqlı işi və respublikanın etibarlı elektrik enerjisi ilə təchizatı tam təmin edilir. Gürcüstan enerji sistemindən elektrik enerjisinin idxalı dayandırılıb və Rusiya enerji sistemi ilə paralel iş rejimində razılaşdırılmış qrafik əsasında elektrik enerjisinin ötürülməsi həyata keçirilir. “Azərbaycan” İES-in 330 kV-luq yarımstansiyasında yanğın zamanı zədələnmiş avadanlıqların və sıradan çıxmış idarəetmə və rabitə kabellərinin bərpası üzrə müvafiq texniki tədbirlər davam etdirilir", - deyə məlumatda vurğulanıb.BAKU.WS
Oxşar xəbərlər
“Azərenerji” ASC ləğv edilsin – Ekspertdən maraqlı təklif
Mingəçevirdəki “Azərbaycan İES”-da baş verən hadisə həmçinin “Azərenerji” ASC-nin statusunun dəyişdirilməsi və çevik idarəetmə mexanizminin formalaşdırımasını d...