Sahibə Qafarovadan deputata irad: "Bura "danışmaqxana" yox, parlamentdir"

Sahibə Qafarovadan deputata irad: Bura danışmaqxana yox, parlamentdir
Siyasət 17

Parlamentdə spiker Sahibə Qafarova və deputat Səyyad Aran arasında maraqlı dialoq yaşanıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında baş verib.

Belə ki, Səyyad Aran çıxış üçün qoyulan vaxt reqlamentinə etiraz edib:

"Mən əvvəldə dediyiniz reqlamentə riayət edirəm - 10 dəqiqə. Mənim haqqımı heç kim ala bilməz. Bəziləri yerdən deyirlər ki, beş dəqiqə, nə bilim, üç dəqiqə. Qardaş, danışmaq istəmirsən, danışma. Və yaxud iki dəqiqəni, üç dəqiqəni özün danış. Başqalarına niyə yol göstərirsən? Bu Milli Məclisdir, danışmaqxanadır. Türkiyədə, Ali Radada, Dumada danışığa sərhəd qoyulmur. Bir dəqiqəm getdi, xahiş edirəm, nəzərə alasınız".

Spiker Sahibə Qafarova isə deputata sərt cavab verib:

"Səyyad müəllim, birinci danışmaqxana yox, parlament. Xahiş edirəm, parlament etikasından və leksikasından istifadə edin. İkincisi isə təklif olundu ki, reqlamenti beş dəqiqə keçək və səs çoxluğu ilə bu qəbul edildi. Əgər siz bir neçə dəqiqə artıq danışmaq istəyirsiniz, deyin ki, mənə bir dəqiqə də lazım idi, mən onu sizə verəcəyəm. Xahiş edirəm, buyurun. Nə qədər istəyirsiniz, ürəyiniz nə qədər istəyir, danışın".

Son xəbərlər