İşıqsız və susuz gecənin səbəbi məlum oldu (RƏSMİ)
03
iyl
2018
09:10
Bir necə gündür ki, havaların kəskin isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artıb və elektrik avadanlıqlarının istismarında açılmalar baş verib.BAKU.WS xəbər verir ki, bu barədə Energetika Nazirliyi və “Azərenerji” ASC-nin Mingəçevir İES-də baş verən hadisə ilə bağlı yaydığı birgə məlumatda qeyd olunub.Məlumatda bildirilib ki, ilkin ehtimala görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza baş verməsi qaçılmaz olub:“Vəziyyət tam nəzarət altındadır. Ölkə üzrə mərhələli şəkildə enerjinin təminatı bərpa edilməkdədir. Bir sıra bölgələrdə artıq enerji təmintı həyata keçirilib. Qısa müddət ərzində digər yerlərdə də elektrik enerjisinin verilişi bərpa ediləcək”.BAKU.WS
Oxşar xəbərlər
Bakıda 170 nömrəli marşrut xəttinin fəaliyyəti bərpa edildi
Bakı Nəqliyyat Agentliyinin qərarına əsasən, 170 nömrəli marşrut xəttinin fəaliyyəti bərpa edilib.Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, metronun “Memar Ə...